2022-ci ildə Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 47,4 mln. ABŞ dolları təşkil edib ki, bu da bir il öncəki göstəricini 34,81 faiz üstələyir.
“vergiler.az” xəbər verir ki, Macarıstandan ölkəyə əsasən əczaçılıq məhsulları, elektrotexniki avadanlıqlar və hissələri, spirtsiz içkilər, meyvə-tərəvəz emalı məhsulları, kimya sənayesi məhsulları və digər mallar idxal edilib.
Azərbaycandan Macarıstana isə reaktiv kerosin yanacağı, elektrik avadanlıqları və hissələri, mexaniki qurğular və hissələri, meyvə-tərəvəz emalı məhsulları və s. məhsullar ixrac edilib.
Cari ilin fevral ayının 1-nə olan məlumata görə, Azərbaycanda 20-dən artıq Macarıstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır. Bu qurumlar əsasən kənd təsərrüfatı, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir.