16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistanla dağ-mədən sektoruna investisiyaların cəlb olunması müzakirə olunub

Azərbaycanla Özbəkistan arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb.

“AzerGold” QSC-dən “vergiler.az”a verilən məlumata görə, qeyd edilən məsələyə Özbəkistan prezidenti yanında Strateji İslahatlar Agentliyinin Strateji müəssisələrin transformasiyasının əlaqələndirilməsi departamentinin rəhbəri Mansurxoca Yusupxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı toxunulub.

Görüşdə QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev ötən ay Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forum çərçivəsində “AzerGold” ilə Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan Anlaşma və Razılaşma Memorandumunun iki ölkənin dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri açdığını diqqətə çatdırıb, QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

M.Yusupxocayev mütəmadi olaraq keçirilən bu tip görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib.

Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Regionlararası Müfəttişliyinin rəisi Feruz Əhmədov Özbəkistanda icra edilən vergi islahatları və onun biznesin, xüsusilə sənayenin inkişafına təsiri barədə danışıb.

Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?