14 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Martın 2-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılıği ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.

vergiler.az” xəbər verir ki, maliyyə və bank sahəsində yerli və beynəlxalq qurumların, özəl sektor nümayəndələrinin, ümumilikdə 200-ə yaxın şəxsin iştirakı ilə keçirilmiş tədbirdə KOB-ların maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.

Konfransda açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50%-ni, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35%-ni təşkil edir, ümumi məşğulluğun isə 60-70%-ni təmin edir. Vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99%-dən çoxu KOB subyektləridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi banklara üstünlük verirlər. KOB-ların maliyyələşmə imkanlarının genişləndirilməsi və bu sahədə alternativ maliyyə alətlərinin tətbiqi KOBİA-nın fəaliyyətinin prioritetlərindəndir.

USAID-in Azərbaycan üzrə missiya direktoru Maykl Nirbas əmin olduğunu bildirib ki, konfrans hamının məlumat paylaşa biləcəyi, yeni tərəfdaşlıqlar üçün əlaqələr qurmağa imkan yaradan, yeni texniki biliklər qazanmağa və digər ölkələrin borc və kapital maliyyələşməsini necə təşkil etdiyi barədə birbaşa məlumat əldə etməyə kömək edən platforma olacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva təmsil etdiyi qurumun fəaliyyəti və startaplara göstərdiyi dəstək, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə alternativ maliyyələşmə barədə fikirlərini bölüşüb.

Konfrans çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişaf perspektivləri”, “KOB dəstək alətləri: zəmanət, aktivlərə əsaslanan maliyyələşmə və lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələr təşkil edilib. Panel iclaslarda qeyd olunan mövzular üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi?