23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Meksika sahibkarları Azərbaycan şirkətləri ilə tərəfdaşlıqda maraqlıdırlar

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının üzvü Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən nazirin birinci müavini əməkdaşlığın genişləndirilməsi üçün imkanları vurğulayıb. Nazirin birinci müavini bu imkanların reallaşdırılmasında biznes forumların, işgüzar görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib, qarşılıqlı investisiya qoyuluşu və işğaldan azad olunmuş ərazilərimizin bərpası layihələrində əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının üzvü Alberto Viyya Viyyeqas ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Meksika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərini diqqətə çatdırıb, Meksika sahibkarlarının Azərbaycan şirkətləri ilə tərəfdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Meksika iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir?