25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İxracatçılar üçün yeni mexanizm hazırlanır

İxracatçılar üçün yeni mexanizm hazırlanır

"Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavə və dəyişikliklər edilməsi üçün iş aparılır.

“vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mart ayında bununla bağlı rəylərin Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulur: "Əsas məsələlərdən biri budur ki, biz logistika üçün subsidiyanın verilməsini nəzərdə tutmuşuq. Bu subsidiya mexanizmi Azərbaycanda ixracatçılar üçün tətbiq ediləcək. Düşünürük ki, bu, ixracımızın genişləndirilməsinə dəstək olacaq. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək ixracatçılar üçün logistika subsidiyasının müddətinin 10 il, digər ərazilərdə isə 5 il olmasını təklif edəcəyik. Ümid edirəm ki, bizim təkliflər hökumətdə müzakirə edildikdən sonra ilin ikinci yarısından ixracatçılara yeni mexanizmi təqdim edə biləcəyik".

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması