2 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rosmel Rodrigez: "Azərbaycanın Portuqaliya ilə ticarətində müsbət saldo yaranıb"

Portuqaliya ilə Azərbaycan arasında əməkdaşlıq üçün qarşılıqlı faydalı çərçivə təklif edən müxtəlif kommersiya və iqtisadi sazişlər mövcuddur.

Bunu “vergiler.az”a açıqlamasında portuqaliyalı iqtisadçı, Davamlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçi direktoru Rosmel Rodrigez deyib.

Ekspertin sözlərinə görə, 2021-ci ildə Azərbaycanın ümumi ticarətində 11 milyard dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 3,97 milyard dollar, 2020-ci illə müqayisədə isə 7,507 milyard dollar çoxdur. İdxalın ixracla əhatə olunması 189,8% təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 61,9 faiz bəndi çoxdur.

“Azərbaycanın ümumi ixracı 2021-ci ildə 22 milyard dollar (2020-ci ildə 14 milyard dollar) həcmində qiymətləndirilir. İxrac edilən ilk beş əmtəə qrupuna mineral yanacaqlar (ümumi malların 88,4%-i), kənd təsərrüfatı məhsulları (ümumi malların 3,2%-i), plastik və rezin (ümumi malların 2%-i), adi metallar (ümumi malların 1,7%-i) və toxuculuq məhsulları (ümumi məhsulun 1,4%-i) daxil olub.

Təqdim olunan inkişaf istiqamətləri nəzərə alınmaqla, Azərbaycan 2021-ci ildə ümumi məhsul üzrə 0,01% payla Portuqaliya mallarının ixracının 132-ci alıcısı olub, idxala görə (0,6%) 22-ci yerdə qərarlaşıb. İki ölkə arasında ticarətdə 2017-2021-ci illər ərzində ixracda orta hesabla 9,5%, idxalda isə 17,4% artım olub,” - Rosmel Rodrigez deyib.

Onun sözlərinə, əmtəə ticarəti balansı 2021-ci ildə 529 milyon avro kəsirlə Portuqaliya üçün əlverişsiz olsa da, ixrac strukturu aşağıdakı kateqoriyalarda fərqlənir: tekstil (ümumi malların 41,9%-i), maşın və avadanlıqlar (ümumi malların 14,6%-i) kənd təsərrüfatı məhsulları (ümumi malların 10,1 %-i), ağac (ümumi malların 7,4%-i) və ərzaq məhsulları (ümumi malların 6,1%-i). İdxal olunan malların əsas qruplarını mineral yanacaq (ümumi malların 99,9%-i) və toxuculuq materialları (ümumi malların 0,1%-i) təşkil edib.

“Bu, iki ölkə arasında qarşılıqlı maraq və potensialın, eləcə də iqtisadi cəhətdən aktiv tempi saxlamaq istəyinin nümunəsidir”, - ekspert vurğulayıb.

Tamilla MƏMMƏDOVA

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?