6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rosmel Rodrigez: “Portuqaliyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığı daha perspektivlidir” MÜSAHİBƏ

Portuqaliyalı iqtisadçı, Davamlı İnkişaf üzrə Qlobal Strateji İnstitutun (GSISD) təsisçi direktoru Rosmel Rodrigez “vergiler.az”a müsahibəsində diqqəti iki ölkə arasında əməkdaşlığın aktual istiqamətlərinə yönəldib.

- Cənab Rodrigez, Portuqaliya ilə Azərbaycan arasında iqtisadi və siyasi əlaqələrin inkişaf yoluna nəzər salsaq, hansı hadisələrin üzərində dayanmaq istərdiniz?

- Portuqaliya ilə Azərbaycan arasında münasibətlər nisbətən yenidir və son bir neçə ildə tədricən inkişaf edib. 2017-ci ildə Portuqaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verən qarşılıqlı investisiyaların təşviqi və qorunması haqqında saziş imzalanıb.

Siyasi əlaqələrə gəlincə, Portuqaliya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb və 1999-cu ildə diplomatik əlaqələr qurub. O vaxtdan bəri iki ölkə, xüsusilə terrorizm və ekstremizmlə mübarizə kimi təhlükəsizlik məsələlərində sıx siyasi əməkdaşlığı davam etdirir.

Azərbaycan və Portuqaliya 2013-cü ildə mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Tələbə və alimlərin mübadiləsi getdikcə artır ki, bu da hər iki ölkənin təhsil ictimaiyyəti arasında əlaqələrin möhkəmlənməsinə kömək edir. Ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin əhatə dairəsi məhdud olsa da, son illərdə tədricən inkişaf edir ki, bu da gələcəkdə daha sıx əməkdaşlığa doğru müsbət tendensiyanın olduğunu göstərir.

- İki ölkə arasında əməkdaşlığın hansı sahələrinin daha böyük perspektivləri olduğunu düşünürsünüz?

- Portuqaliya Azərbaycanla neft-qaz kimi enerji sahələrində, Şərq-Qərb Nəqliyyat Dəhlizi, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirən Cənub Qaz Dəhlizi kimi infrastruktur layihələrində əməkdaşlığın inkişaf etdirilməsini daha perspektivli sayır.

Bundan əlavə, turizm, kənd təsərrüfatı, qida emalı, işıqlandırma sənayesi və texnologiya transferi kimi sahələrdə də ölkələr arasında iqtisadi inkişaf təşəbbüsləri nəzərdən keçirilir. Bu təşəbbüslərin bir çoxu Azərbaycana Avropa İttifaqına üzv dövlətlər ilə birbaşa mübadilə təmin etmək imkanı yaradır.

- Ölkələr arasında ticarət əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Portuqaliya Azərbaycana, əsasən, kimya məhsulları, kağız və karton, maşın və elektrik avadanlıqları, Azərbaycan isə daha çox neft və neft məhsulları ixrac edib. Ölkələr arasında enerji, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı və qida kimi sektorlarda gələcək əməkdaşlıq imkanları mövcuddur. Məsələn, Portuqaliyanın külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri sahəsində təcrübəsi var ki, bu Azərbaycan üçün maraqlı ola bilər.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?