8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rəqabət Məcəlləsi məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edəcək

Rəqabət Məcəlləsi məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edəcək

Qısa müddətdə qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsi rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edəcək.

“vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda keçirilən elmi konfransda deyib. Onun sözlərinə görə, azad rəqabət mühitinin təmin olunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün bu sahədə fəaliyyətin surətləndirilməsi məqsədilə hazırlanmış Milli Fəaliyyət Proqramının layihəsi bu istiqamətdə atılan növbəti addımdır. Milli Fəaliyyət Proqramı kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsinə və digər vacib hədəf göstəricilərinə, o cümlədən ölkənin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasına dair tələbləri özündə əks etdirir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?