11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

7 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, hərraca Abşeronda yerləşən “Qobu” gil yatağı (5 ha), “Güzdək” əhəngdaşı yatağı (5 ha) çıxarılacaq. Bununla yanaşı, digər regionlarda da yerləşən faydalı qazıntı yataqları hərraca çıxarılacaq: “Ağdamda olan “Qarqarçay” qum-çınqıl yatağı (5 ha), Şəmkirdə “Alabaşlı” hematit yatağı (5,34 ha), Göygöldə “Qızılca” plagioporfir yatağı (3 ha), Qubada “Qorxmazoba” qum-çınqıl yatağı (25 ha), Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağı (2 ha) investorlara təklif olunacaq”.

Məlumata görə, iddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 29 mart 2023-cü il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/33aw8P) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/33awDf) tanış olmaq olar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?