14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmtəə bazarının səmərəliliyi üzrə İşçi qrupun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupun onlayn formatda növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirilmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrası ilə bağlı təqdimat keçirilib. İclasda İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planı üzrə görülən işlər barədə də məlumat verilib.

İşçi qrupun iclasında cari il üçün icrası nəzərdə tutulan məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilən islahatlar, xüsusilə rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilikdə edilən dəyişikliklər layihəsinə dair fikir mübadiləsi aparılıb.

Özəl sektorun nümayəndələri ilə qarşılıqlı müzakirələr formatında keçən iclasda İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Dövlət Neft Şirkətinin, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin və digər təşkilatların nümayəndələri iştirak edib.

Sonda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə görüşlərin daha intensiv təşkili barədə qərar qəbul edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?