9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

The Telegraph: "Sürətlə müasirləşən Azərbaycan beynəlxalq ticarət və investisiya mərkəzinə çevrilib"

"Azad ticarət sazişləri və qonşularından daha yaxşı nəqliyyat əlaqələri sayəsində Azərbaycan özünü beynəlxalq ticarət və investisiyalar üçün perspektivli mərkəz kimi təsdiq edib". "vergiler.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Telegraph" qəzetinin Azərbaycanda cəlbedici biznes və investisiya mühiti ilə bağlı dərc etdiyi araşdırmada deyilir.

Məqalədə Azərbaycanda 450 Britaniya şirkətinin fəaliyyət göstərdiyi və Böyük Britaniyanın ölkədə ən böyük xarici investor olduğu, bununla belə, gələcək artım potensialının aydın şəkildə göründüyü qeyd olunur.

"Böyük təbii sərvət ehtiyatlarının olması ilə yanaşı, müasir Azərbaycanın beynəlxalq ticarət və investisiya mərkəzi kimi nüfuzu getdikcə güclənir. İpək Yolunun yaranmasından əvvəl də ölkə ticarət yollarının formalaşmasında əsas rol oynayıb. Hazırda bu kontekstdə Azərbaycan deyiləndə başqa bir termin yada düşür – "Şərq-Qərb Transxəzər ticarət və tranzit dəhlizi", - məqalədə vurğulanır.

Bununla yanaşı yazıda ölkənin qeyri-neft-qaz sektorunun fəal şəkildə inkişaf etdiyinə diqqət çəkilib. Diversifikasiyanın vacibliyini qəbul edən hökumət bərpa olunan enerji mənbələrinin inkişafı üçün tədbirlər həyata keçirir. 2030-cu ilə qədər bərpa olunan mənbələrdən 1500 MVt enerji istehsal ediləcəyi gözlənilir ki, bu da ölkədə istehsal olunan bütün elektrik enerjisinin 30 faizini təşkil edəcək.

Azərbaycanda növbəti onillik üçün ölkənin sosial-iqtisadi inkişafı üzrə yeni strategiya təsdiq edilib və bu strategiyada "təmiz ətraf mühit və yaşıl inkişaf" prioritet istiqamətlər kimi müəyyən edilib. Ölkə iqtisadiyyatının İKT və digər sektorları da sürətlə inkişaf edir. 2022-ci ilin ilk üç rübündə bu sahədə artım 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz təşkil edib. Kibertəhlükəsizlik sahəsi və əlaqəli infrastrukturun inkişafı da Böyük Britaniya biznesləri üçün böyük imkanlar açır.

"Şübhəsiz ki, Azərbaycan bazarı Britaniya biznesi üçün geniş imkanlar təklif edir. Son 12 ayda iki ölkə arasında ticarət dövriyyəsi 1,1 milyard funt sterlinq təşkil edib və yaxın illərdə bu həcmin artacağı gözlənilir", - məqalədə qeyd edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?