Ölkədə ödəniş kartlarının sayı 19 faiz artıb
2022-ci ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib.
“vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, 1 yanvar 2023-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 13,6 milyon ədəd təşkil edib və bu kartların 72 faizi təmassız ödənişləri dəstəkləyib. 2021-ci il ilə müqayisədə ödəniş kartlarının sayı 19 faiz, o cümlədən təmassız kartların sayı 31 faiz artıb.
Emissiya edilən ödəniş kartlarının 87 faizini (11,8 milyon ədəd) debet kartlar, 13 faizini (1,8 milyon ədəd) isə kredit kartları təşkil edib.