6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərakəndə ticarət dövriyyəsi 3 faizədək artıb

2023-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq, o cümlədən 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.

2023-cü ilin yanvar ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib. 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,4 faiz, fərdi sahibkarlar üzrə 3,9 faiz, bazar və yarmarkalarda 2,5 faiz artıb.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 424,3 manatlıq, o cümlədən 236,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 187,4 manatlıq qeyri-ərzaq malları alıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?