8 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pensiyaların orta məbləği artaraq orta aylıq əməkhaqqının 40,1 faizinə bərabər olub

Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz artırılaraq 922,3 milyon manata çatdırılıb. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib.

İlin üç ayı ərzində əhaliyə 19,1 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 31,7 faizi hamiləliyə və doğuma, 34,2 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,4 faizi dəfn, 16,7 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

Dövlət Statistika Komitəsinin aprelin 1-nə olan məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1293,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,1 faizini təşkil edir. Onların 58,5 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 231,5 manat təşkil edib və orta aylıq əməkhaqqının 40,1 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" 2019-cu il 19 fevral tarixli 1515–VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.

Aprelin 1-dək 426,9 min nəfərə sosial müavinətlər təyin edilib. Yaşa görə müavinət alanların sayı 60,5 min nəfər, əlilliyə görə - 169,4 min nəfər, ailə başçısını itirməyə görə - 46,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 68,3 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 54,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 290 nəfər qəyyumuna həmçinin şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9 min ailəsinə 16,2 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 956 nəfər bir yaşadək uşağa görə 945 ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 8,9 min uşaq üçün sosial müavinət təyin olunub.

İlin üç ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 25 min 635 nəfərə, o cümlədən 19 min 561 uşağın doğulmasına görə, 3683 nəfərə radiasiya qəzası nəticəsində əlilliyi olan şəxslərin müalicəsi üçün, 1554 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 837 nəfərin dəfni üçün birdəfəlik müavinətlər ayrılıb. Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 387 nəfər zərərçəkən kompensasiya alıb.

Ölkədə vətəndaşların rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısının "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 2019-cu il 30 yanvar tarixli Fərmanına əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün aylıq məbləği 2019-cu il fevralın 1-dən artırılaraq 300 manat müəyyən edilib.

"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli Fərmanına əsasən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq martın 1-dən 300 manat müəyyən edilib.

Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almış şəxslərin sayı 62,8 min nəfərə bərabər olub.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?