18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi sahibkarlıq mühitini yaxşılaşdırıb

“Bugünki müasir vergi sistemini məhz ümummilli lider Heydər Əliyev yaradıb. Onun apardığı siyasətin nəticəsi olaraq, Azərbaycanda vergi qanunvericliyi yaradıldı və vergi inzibatçılığı formalaşdırıldı”.

vergiler.az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.

S.Ələkbərov bildirib ki, aparılan şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi və digər tədbirlər ölkədə sahibkarlıq mühitini ildən-ilə yaxşılaşdırdı və vergi daxilolmaları artmağa başladı: “1990-cı illərin əvvəllərində vergi daxilolmaları sahəsində vəziyyət yaxşı deyildi, vergidən yayınma kütləvi hal almışdı. Daha sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində vergi daxilolmaları getdikcə artmağa başladı və 2004-cü ildə 1 milyard manatlıq baryeri keçdi. 2022-ci ildə isə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Lakin arxayınlaşmaq olmaz. İqtisadiyyatımızda aparılan islahatları, eləcə də mövcud potensialı nəzərə alaraq, çox işlər görməliyik”.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi