8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ilin sonunadək 1476 səhmdar cəmiyyəti tam özəlləşdirilib

“Özəlləşdirmə başladığı dövrdən bu günədək 1566 səhmdar cəmiyyəti yaradılıb ki, onlardan ötən ilin sonunadək 1476-sı və ya 94,2 faizi tam özəlləşdirilib”.

"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev qurumun 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, qalan 90 səhmdar cəmiyyətində dövlətin payı var ki, onlardan 23-də nəzarət zərfi dövlətdədir, 67-də isə dövlətin payı 30 faiz təşkil edir. “Qeyd etdiyim 1476 tamamilə özəlləşdirilən müəssisələrdən yalnız 434-ü öz profili üzrə və ya profilini dəyişdirməklə aktiv fəaliyyətdədir. Yəni özəlləşdirilmiş müəssisələrin yalnız 30 faizi aktiv fəaliyyətdədir, 55 faizi, ümumiyyətlə, fəaliyyətini dayandırıb. Qalan müəssisələr isə, əsasən, öz əmlakını və ya ərazisini icarəyə verməklə, yəni passiv formada fəaliyyət göstərir”, - deyə M.Eynullayev əlavə edib.

Dövlətin payı qalan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi ilə bağlı müxtəlif obyektiv səbəblərin olduğunu deyən Xidmət rəisi burada əsas məqamın onların yerləşdiyi ərazilərdən asılı olduğunu qeyd edib. Belə ki, məhz həmin ərazilər gələcəkdə böyük yol-nəqliyyat infrastrukturunun qurulması üçün nəzərdə tutulur. “Bu səbəbdən biz onların özəlləşdirilməsini saxlamışıq. Lakin hansı müəssisələr ki, qismən özəlləşib, biz mütəmadi olaraq onların hərraclar vasitəsilə özəlləşdirilməsini həyata keçiririk”, - deyə M.Eynullayev bildirib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?