22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il 1095 dövlət əmlakı özəlləşdirilib

Ötən il 1095 dövlət əmlakı özəlləşdirilib

2022-ci ildə 1095 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə 115,4 milyon manat vəsaitin mədaxil olunması təmin edilib.

"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev qurumun 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu rəqəm 2021-ci illə müqayisədə 2,4 faiz və ya 2,7 milyon manat çoxdur.

"Həmçinin ötən il ərzində 3 dövlət müəssisəsi investisiya müsabiqələrinə çıxarılaraq özəlləşdirilib. Müsabiqələrin qalibi olan investorlar tərəfindən təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-dən çox iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur ",- deyə M.Eynullayev qeyd edib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?