12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə 14 min daşınmaz əmlakın ilkin inventarlaşdırması tamamlanıb

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur və daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırması barədə verilən tapşırığa əsasən, 2022-ci ilin sentyabr ayında Laçın şəhəri və ətrafındakı 7 kənddə 1400-ə yaxın daşınmaz əmlak siyahıya alınıb.

"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən Xidmətin rəisi Mətin Eynullayev deyib.

Onun sözlərinə görə, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə indiyədək 14 min daşınmaz əmlakın ilkin inventarlaşdırması işləri tamamlanıb. "Bununla yanaşı, işğal nəticəsində dəyən ziyanın müəyyən edilməsi məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə işğala qədər mövcud olan topoqrafik xəritələr üzərində rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın bina, tikili və qurğudan 145 minə yaxını təsbit edilib və Qarabağ rəqəmsal informasiya sisteminə daxil edilib. Eyni zamanda, işğaldan azad edilən ərazilərdə dəyən ziyanla əlaqədar sənədlərin toplanması istiqamətində işlər aparılıb. Xidmətin işçi qrupu tərəfindən Milli Arxiv İdarəsi və digər dövlət arxivlərindən 1991-ci ilədək mövcud olan daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılıb. Nəticədə 25 minə yaxın sənəd aşkar edilərək Qarabağ rəqəmsal informasiya sisteminə daxil edilib",- deyə M.Eynullayev qeyd edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?