11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qızıl və gümüşün sat­ış həcmlərində artıma nail olunub

"AzerGold" Qapalı Sə­hmdar Cəmiyyətində (QSC) 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə­də çıxış edən “Azer­Gold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun keçən il qeyri-neft ixracatçıları sıras­ında ön pillələrdə qərarlaşdığını diqqətə çatdırıb. İdarə Heyətinin sədri hesab­at dövründə digər is­tiqamətlər, o cümləd­ən geoloji kəşfiyya­t, hasilat, istehsal­at üzrə də müsbət nə­ticələrin əldə olun­duğunu qeyd edib. Qe­yd olunub ki, QSC tə­rəfindən aktiv hasil­at və istehsalat fə­aliyyəti həyata keçi­rilən Çovdar İnteqrə­olunmuş Regional Emal Sahəsində (ÇİRES) 2022-ci ildə istehs­alat xəttində həyata keçirilən optimall­aşdırma işləri ilə əlaqədar hasilat və ixracatda planlı azal­malar müşahidə edil­sə də, gözlənildiyi kimi, hesabat ilinin yekunlarının müsbət göstəricilərlə tam­amlanmasına nail olu­nub. Belə ki, ÇİRES-­də istehsalatın sür­ətləndirilməsi və fi­lizlərin tələb olunan ölçülərdə xırdalan­masını təmin edən qırıcı sahəsinin məhs­uldarlığı artırılara­q, sahənin illik ist­ehsal gücü artırılı­b. Nəticədə ötən il hasilat göstəriciləri 62,1 min unsiya qı­zıl, 223,1 min unsi­ya gümüş olmaqla, qı­zıl hasilatı plandan 2 faiz, gümüş hasil­atı isə 83 faiz daha artıq icra edilib. Eyni zamanda, qarşı­dakı illər ərzində hasilat və istehsalat göstəricilərinin daha da yaxşılaşdırıl­ması üçün şərait yar­adılıb.

Ötən ilin satış əməliyyatlarından danışan İdarə Heyətinin sədri bildirib ki, qızıl və gümüşün həm beynəlxalq bazarda, həm də daxili bazarda satış həcmlərində də müsbət dinamika müşahidə edilib. Qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63,3 min unsiya qızıl və 207,7 min unsiya gümüş olub. Bununla 2021-ci illə müqayisədə qızıl və gümüşün satış həcmlərində artıma nail olunub.

“AzerGold” QSC-nin fəaliyyətə başladığı dövrdən Qarabağda və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına xüsusi diqqət ayırdığını deyən Z.İbrahimov Ermənistanın və bəzi Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə QSC-nin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirdiyini bildirib. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və qanunsuz istismar edilən faydalı qazıntı yataqlarında araşdırma, əmlakın inventarizasiyası və ekoloji monitorinqin aparılması məqsədilə ötən ilin dekabrında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət monitorinq qrupunun əraziyə səfərinə süni maneə yaradıldığını xatırladan İdarə Heyətinin sədri mütəxəssislərin qanuni fəaliyyətinə imkan yaradılmamasının narahatlıq doğurduğunu qeyd edib. O, ekofəalların Laçın-Xankəndi yolunda iki aya yaxındır davam edən etiraz aksiyaları ilə yüksək əzmkarlıq, əsl vətəndaş mövqeyi nümayiş etdirdiklərini də diqqətə çatdırıb. Vurğulanıb ki, “AzerGold” QSC bundan sonrakı mərhələlərdə də dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcək, öhdəsinə düşən vəzifələri yerinə yetirəcək.

Z.İbrahimov müşavirənin sonunda yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması məqsədilə geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün fəaliyyət istiqamətləri üzrə artım dinamikasının qorunub saxlanılmasına dair tapşırıq və tövsiyələrini verib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?