6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR İstiqrazlarının 5-ci kupon ödənişi edilib

Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi fevralın 1-də istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital”dan bildirilib ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR İstiqrazları, 2023-cü ilin 1-ci, ümumilikdə isə 5-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1,125 milyon ABŞ dolları dəyərində gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 5 milyon 625 min ABŞ dollarına yüksəlib.

Tədavülə buraxıldığı son 15 ay ərzində təkrar bazar əməliyyatları həcminin 31 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 380-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2023-cü il mayın 1-də baş tutacaq.

Xatırladaq ki, 5 illik tədavül müdddətinin sonunda investorlara ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?