Birjalarda neft qiymətləri
Dünya birjalarında neftin qiymətləri artıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 87,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,35 dollar bahalaşaraq 81,36 dollar olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,49 dollar artaraq 89,94 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.