9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elşad Məmmədov: “Sosial müdafiə sistemindəki effektiv idarəetmə müvafiq qaydada indeksasiyaların reallaşdırılmasına imkan verir”

Azərbaycanda sosial yönümlü tədbirlərin həyata keçirilməsi son beş ilin dayanıqlı trendidir. İqtisadçı ekspert, professor Elşad Məmmədov qeyd edib ki, bu, ölkədə sosial müdafiə sistemi çərçivəsində reallaşdırılan şəffaf tədbirlər sayəsində mümkün olub: “Ölkə Prezidentinin siyasi iradəsi ilə şəffaflıq nəticəsində əldə olunan resurslar sosial yönümlü tədbirlərə yönəldilib və bu tədbirlərin reallaşdırılması üçün effektiv idarəetmə mexanizmlərinin tətbiqinə ehtiyac var idi. Biz bu gün həm sosial müdafiə sistemində şəffaflığın şahidi oluruq, həm də silsilə sosial paketlər reallaşdırılır. Buna görə də ölkədə minimum əməkhaqqı, minimum pensiyalar, median əməkhaqqı kimi indikativ göstəricilər üzrə pozitiv trendlər vardır”.

E.Məmmədov pensiyaların indeksasiyasının inflyasiya ilə bağlı milli valyutanın alıcılıq qabiliyyətinin azalması meyillərinin sosial-iqtisadi duruma təzyiqlərini yumşaltmaq məqsədi daşıdığını, bu sahədə sosial müdafiə sistemindəki effektiv idarəetmənin müsbət təsirlərini vurğulayıb:

“Əgər ölkədə pensiyaların indeksasiya edilməsi ilə bağlı ikipilləli mexanizm işləməsəydi, bu gün pensiyaların, demək olar ki, simvolik məna daşıyacağının şahidi olardıq. Çünki inflyasiyanın sürətlə artması şəraitində indeksasiyaların vaxtında reallaşdırılmaması ölkənin sosial müdafiə sisteminə sarsıdıcı zərbə vura bilərdi. Sevindirici haldır ki, sosial müdafiə sistemindəki effektiv idarəetmə müvafiq qaydada indeksasiyaların reallaşdırılmasına imkan verir. Həm illik rəsmi inflyasiya göstəriciləri, istehlak bazarındakı qiymət artımı, həm də orta əməkhaqqının artımı son nəticədə indeksasiyalarda öz əksini tapır. Bu da ölkə Prezidentinin siyasi iradəsinə və sosial müdafiə sistemindəki effektivliyin təmin olunmasına söykənir. Sosial siyasətin reallaşdırılmasına, sosial müdafiə sisteminin təkmilləşdirilməsinə cavabdeh olan dövlət qurumlarında rəqəmsallaşmanın tətbiqi, proaktiv xidmətlərin göstərilməsi neqativ halların, qeyri-şəffaflığın aradan qaldırılmasına müsbət təkan verir”.

Effektiv sosial-iqtisadi siyasətin həyata keçirilməsi üçün sistemliliyin tələb olunduğunu deyən ekspert hesab edir ki, sosial müdafiə sistemində rəqəmsallaşmanın tətbiqi ilə bağlı yanaşmalar ölkədə digər istiqamətlərdə də yayılmalı, tətbiq edilməlidir.

Fərqanə ALLAHVERDIQIZI

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?