20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektromobillərin idxalı artıb

2022-ci ilin dekabr ayında Azərbaycana 20 753,96 min ABŞ dolları dəyərində 854 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, eyni ilin noyabr ayı ilə müqayisədə dəyər ifadəsində 5 898,96 min dollar və ya 39,7 faiz, say baxımından isə 141 ədəd və ya 19,8 faiz çoxdur.

Ümumilikdə 2022-ci il ərzində ölkəyə 155 357,9 min dollar dəyərində 11 337 ədəd hibrid avtomobillər idxal olunub ki, bu da 2021-ci ilin göstəricilərindən dəyər olaraq 2 dəfə çox, say baxımından 12,4 faiz azdır.

Bununla yanaşı, ötən il ərzində dəyəri 17 661,18 min dollar təşkil edən 486 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2021-ci ilin eyni göstəricilərindən müvafiq olaraq 5,1 dəfə və 3 dəfə çoxdur.

Təkcə 2022-ci ilin dekabrında ölkəyə 3 335,66 min dollarlıq 77 elektromobil idxal olunub ki, bu da noyabr ayının göstəricisindən dəyər olaraq 2,1 dəfə, say baxımından isə 36 ədəd çoxdur.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?