12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Safiddin Jurayev: “Yeni beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanda və Özbəkistanda yeni bazarlar açacaq”

Çinin təşəbbüsü ilə həyata keçirilən və sonda Xəzər dənizinə çatacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Özbəkistan və Azərbaycanın tranzit potensialını genişləndirməklə yanaşı, Asiya ilə Avropa arasında dəmir yolu daşımalarının artmasına töhfə verəcək, onu Trans-Əfqanıstan nəqliyyat dəhlizinə inteqrasiya edəcək.

Bunu "vergiler.az"a iqtisadçı ekspert, siyasi elmlər doktoru, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Safiddin Jurayev deyib.

Onun sözlərinə görə, bu layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tranzit imkanlarının gücləndirilməsinə töhfə verir.

“Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Asiyadan Avropaya və Şimali Afrikaya ən qısa quru yolu təmin etməklə yanaşı, Çin və Uzaq Şərqə beynəlxalq avtomobil daşımalarının imkanlarını genişləndirə bilər.

Təkcə son 10 ildə Çindən Avropaya konteyner daşımalarının 40 dəfədən çox artması Mərkəzi Asiyanın tranzit potensialının tam reallaşdırılmasının vacibliyini sübut edir. Yüklərin yalnız 1%-i dəmir yolu ilə daşınır. Malların daşınma müddəti azalacaq, daşınma xərcləri isə iki dəfə aşağı düşəcək”, - ekspert vurğulayıb.

“Dövlətlərimizin coğrafi mövqeyinə görə Özbəkistan və Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Avropa ilə Asiyanı birləşdirən qovşaq olması səbəbindən nəqliyyat məsələləri hər iki tərəfin xarici siyasət gündəliyində prioritet təşkil edir. Digər tərəfdən, Azərbaycan və Özbəkistanın geosiyasi və geoiqtisadi mövqeyi bir növ “hab” – Avropa və Asiyanın yol və maraqlarının kəsişmə mərkəzi rolunu oynayır”, - Safiddin Jurayev deyib.

Ekspert hesab edir ki, yeni beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanda və Özbəkistanda yeni bazarlar açacaq. Özbəkistan üçün bu, nəqliyyat dalanından çıxış yolu və tamamilə yeni beynəlxalq ticarət-iqtisadi imkanlardır. Nəqliyyat dəhlizi Avrasiya nəqliyyat şəbəkəsinin strukturunu əhəmiyyətli dərəcədə dəyişəcək.

“Yeni dəhliz Asiya ilə Avropanı daha qısa və daha sərfəli şəkildə birləşdirəcək. Azərbaycan, Özbəkistan, Mərkəzi Asiya dövlətlərinin və Çinin birbaşa ticarət aparmalarına imkan yaranacaq. Digər tərəfdən, Mərkəzi Asiya Çin sahillərindən Fars körfəzinədək, demək olar ki, bütün Asiyanı birləşdirəcək əlaqənin bir hissəsinə çevrilir.

Dəmir yolu Çindən başlayıb, Qırğızıstan və Özbəkistan ərazisindən keçəcək və gələcəkdə Türkmənistan və ya Qazaxıstana birləşdiriləcək. Oradan yüklər Xəzər dənizindəki limanlara çatdırıla bilər ki, bu da yüklərin Avropaya indikindən daha tez göndərilməsinə imkan yaradacaq. Gələcəkdə Yaxın Şərq və Hind Okeanına da yeni marşrutun açılması planlaşdırılır,” - S.Jurayev deyib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?