25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Oleq Leşenyuk: "Azərbaycanla Aİİ arasında əlaqələr irimiqyaslı layihələrin reallaşmasına töhfə verir"

Oleq Leşenyuk: "Azərbaycanla Aİİ arasında əlaqələr irimiqyaslı layihələrin reallaşmasına töhfə verir"

Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Nikolayeviç Leşenyuk “vergiler.az”a ekskluziv müsahibəsində Belarusun da üzv olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqələrdən, perspektiv imkanlardan danışıb.

O.Leşenyuk qeyd edib ki, Azərbaycanla Aİİ arasında qarşılıqlı əlaqələr ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verir. Hazırda rəsmi Bakı bu ittifaqın əksər iştirakçıları ilə sıx iqtisadi və siyasi əlaqələr saxlayır. Azərbaycan üçün Aİİ ilə qarşılıqlı fəaliyyət ÜDM-in artımı, vergi güzəştləri, azad ticarət zonalarına çıxış kimi əlavə üstünlüklər gətirə bilər. 2023-cü ildə Aİİ azad ticarət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, biznes təşəbbüslərinin təşviqinə, qarşılıqlı investisiyaların artırılmasına və yeni iş yerlərinin yaradılmasına kömək edəcək sənaye kooperasiya layihələrini dəstəkləməyi planlaşdırır.

“Aİİ bütün regionun makroiqtisadi sabitliyini təmin etmək üçün bir vasitədir. Bu şəraitdə təkcə Belarus deyil, bütün Aİİ regionu Azərbaycan investorları üçün cəlbedici olur.

Azərbaycan investorları Belarusda tikinti, ticarət və loqistika, biznes mərkəzləri, mehmanxanalar, sənaye və kənd təsərrüfatı obyektlərinin yaradılması, turizm, restoran və əczaçılıq, informasiya texnologiyaları sahəsinə investisiya yatırmaq imkanları və perspektivləri ilə maraqlana bilər”, - Ekspert əlavə edib.

O.Leşenyuk əlaqələrin gələcək perspektivləri haqda da danışıb: “Azərbaycanın “Böyük Daş” Çin-Belarus sənaye parkı ilə əməkdaşlığı maraqlı layihə ola bilər. Bu tərəfdaşlıq xüsusilə Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması təşəbbüsünün işığında uğurlu olar”.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?