12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oleq Leşenyuk: “Azərbaycan Cənubi Qafqaz regionunun geosiyasəti və geoiqtisadiyyatında həlledici rol oynayır” MÜSAHİBƏ

Belarusla Azərbaycan arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq strateji xarakter daşıyır. İki ölkə arasında iqtisadi əməkdaşlığın aktual məsələləri ilə bağlı “vergiler.az”ın suallarını Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Nikolayeviç Leşenyuk cavablandırır.

- Oleq Nikolayeviç, Belarusla Azərbaycan arasında hazırkı iqtisadi əlaqələrin əsas aspektlərini necə səciyyələndirmək olar?

- Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 30 il əvvəl qurulub. O vaxtdan ikitərəfli münasibətlərin əsasını təşkil edən bir çox razılaşmalar əldə olunub, ümumi maraq doğuran bütün sahələrdə qarşılıqlı fəaliyyət mövcuddur.

Elm və texnologiya sahəsində birgə layihələr, sənaye kooperasiyası sahəsində mühüm nailiyyətlər, investisiya əməkdaşlığı bu fəaliyyətin bəhrələridir. 2017-ci ildə Minskdə Azərbaycan “Ticarət evi” açıldı, Azərbaycan istehsalçılarının məhsulları Minskdə və regionlarda iri pərakəndə satış şəbəkələrinə daxil oldu. Belarus Azərbaycandan tərəvəz, meyvə və qoz-fındıq, spirtli içkilər, eləcə də neft məhsulları idxal edir.

Azərbaycanda da "Belorusski" mağazalarının ticarət şəbəkəsi genişlənir. Bakıda Belarus ərzaq məhsulları, o cümlədən süd tozu, yağ, pendir, quş əti, yumurta, hazır və konservləşdirilmiş ət məhsulları, pivə, mineral su geniş tələbat görür. İxrac edilən ət və süd məhsullarımızın 30%-i Azərbaycana göndərilir. Azərbaycanda lif və DSP, faner, döşəmə örtükləri, taxta mebel, yuyucu və təmizləyici vasitələr, kosmetika məhsulları, etil spirti, kristal məmulatlar kimi məhsullara tələbat var.

2022-ci ildə Belarus və Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədə
qalıb və gələcək inkişaf meyilləri və perspektivləri olan əlaqələr kimi səciyyələnir

2021-ci il Belarus və Azərbaycan arasında iqtisadi əlaqələr üçün əlamətdar olub. Pandemiya məhdudiyyətlərinin olmasına baxmayaraq, ölkələrimiz arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə iki dəfə artaraq 880 milyon ABŞ dolları təşkil edib. Bu, genişləndirilmiş əməkdaşlığa keçid, səmərəli tərəfdaşlıq mərhələsini nümayiş etdirən göstəricidir və şübhəsiz ki, daha yaxşı nəticələr verəcəkdir. 2022-ci ildə Belarus və Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədə qalıb və gələcək inkişaf meyilləri və perspektivləri olan əlaqələr kimi səciyyələnir.

- Sizcə, bu gün Azərbaycan və Belarus arasında işgüzar əlaqələrin möhkəmlənməsində əsas rol oynayan nədir?

- İki ölkənin regionları arasında qarşılıqlı əlaqələrə diqqət yetirmək, qarşılıqlı əlaqələrdəki mərkəzləşməni aradan qaldırmaq, maraq doğuran sahələri əlaqələndirmək lazımdır. Belarus texnologiya, maddi-texniki təminat, İT texnologiyalarının inkişafı sahəsində yaxşı təcrübəyə malikdir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlığın intensivləşdirilməsi zəruridir. Təbii ki, iqtisadiyyatın müxtəlif sahələrində yeni birgə müəssisələrin yaradılması, birgə innovasiya layihələrinin həyata keçirilməsi ilə bağlı mövcud uğurlu nümunələrə istinad etmək lazımdır. Belə sənaye əməkdaşlığı layihələrindən biri də Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıqdır. Minsk komplektləri tədarük edir, Gəncədə isə müxtəlif modifikasiyalı “Belarus” traktorları, xüsusi texnika, “Belarus” markalı elektrik avtobusları və taxılyığan kombaynlar yığılır.

Burada söhbət təkcə Belarus texnikası kolleksiyasından deyil, həm də Azərbaycanda tələbat olan geniş çeşiddə kənd təsərrüfatı və sərnişindaşıma texnikasının istehsalı üçün QAZ şirkətinin bazasında sənaye klasterinin yaradılmasından gedir. İnşaat sənayesi, kənd təsərrüfatı, qida istehsalı, nəqliyyat, logistika, turizm, əczaçılıq, İT, bio- və nanotexnologiyalar, neft kimyası sahələrində oxşar layihələrin axtarışı və həyata keçirilməsi maraq doğurur və bunlar investisiya əməkdaşlığı üçün yeni imkanlar açacaqdır.

İnşaat sənayesi, kənd təsərrüfatı, qida istehsalı, nəqliyyat, logistika,
turizm, əczaçılıq, İT, bio- və nanotexnologiyalar, neft kimyası
sahələrində oxşar layihələrin axtarışı və həyata keçirilməsi maraq
doğurur və bunlar investisiya əməkdaşlığı üçün yeni imkanlar açacaqdır

Belarus və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafının böyük potensialı var. Azərbaycanın orijinal mədəniyyəti, Qafqazın və Xəzər dənizinin gözəlliyi, çoxəsrlik tarixi, şübhəsiz ki, Belarusdan gələn turistləri cəlb edəcəkdir. Öz növbəsində, Belarus da maraqlı yerlərə turlar, təhsil və sağlamlıq turizmi təklif edə bilər.

Hər iki ölkə innovativ inkişaf yolu ilə inamla gedir, iqtisadiyyatın neft sektorunun inkişafı üçün layihələrin təşviqi kursu prioritet istiqamət kimi götürülüb. Beləliklə, əmtəə mübadiləsi çərçivəsindən kənara çıxan layihələrə diqqət yetirməyə və ortaq nöqtələr axtarmağa dəyər. Bu, müxtəlif səviyyələrdə əlaqələri gücləndirəcək.

- Azərbaycanla Belarus arasında enerji sahəsində hansı əməkdaşlıq sahələri nəzərdən keçirilə bilər?

- Azərbaycanın neft-qaz sektoru dövlət iqtisadiyyatının əsasını təşkil edir. 2021-ci ildə Belarus və Azərbaycan enerji və neft sənayesində əməkdaşlığa dair sənədlər, o cümlədən SOCAR və Belarusun “Belneftexim” Dövlət Neft və Kimya Konserni arasında anlaşma memorandumu imzalayıb. Bu sənədlər neft və neft məhsullarının istehsalı və satışı sahəsində tərəflərin imkanlarının genişləndirilməsi məqsədi daşıyan əməkdaşlığın əsasını qoyur.

Söhbət Azərbaycan neftinin Belarusa tədarükü, Belarusda istehsal olunan neft məhsullarının satışı, birgə investisiya layihələrinin həyata keçirilməsi, həmçinin SOCAR-ın neft məhsullarının Belarus bazarında satışı sahəsində əməkdaşlıqdan gedir.

Multimodal daşımalar Belarus və Azərbaycan arasında bütün
nəqliyyat növlərini əhatə edən və regionun bütün infrastruktur
layihələrini nəzərə alan əməkdaşlığın perspektivli sahələrindəndir

- Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektilərini necə görürsünüz?

- Hər iki ölkənin nəqliyyat və loqistika potensialının inkişafı istiqamətində mühüm addımlar atılır. Multimodal daşımalar Belarus və Azərbaycan arasında bütün nəqliyyat növlərini əhatə edən və regionun bütün infrastruktur layihələrini nəzərə alan əməkdaşlığın perspektivli sahələrindəndir. Belarus Respublikası Qərbi Avropa dövlətlərini Şərqlə, Qara dəniz sahili rayonlarını Baltik dənizi ölkələri ilə birləşdirən əsas nəqliyyat yollarının kəsişməsində yerləşir. Beynəlxalq təsnifata görə II nömrə (Qərb-Şərq) və IX nömrə (Şimal-Cənub) ilə müəyyən edilmiş iki trans-Avropa nəqliyyat dəhlizi Belarus ərazisindən keçir.

Azərbaycan TRASEKA (Aİ), İpək Yolu İqtisadi Kəməri (Çin) və Şimal-Cənub (Rusiya) kimi transregional layihələrdə, Avrasiyada yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında fəal iştirak edir və Cənubi Qafqaz regionunun geosiyasətində və geoiqtisadiyyatında həlledici rol oynayır.

Aydındır ki, hər iki ölkənin tranzit potensialı böyükdür, ona görə də qarşılıqlı fəaliyyət həm Minsk-Bakı marşrutu üzrə konteyner daşımalarının təşkilinə, həm də üçüncü ölkələrə əlavə həcmdə yüklərin cəlb edilməsinə imkan verəcək.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?