19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvininq layihəsinə başlanılıb

Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvininq layihəsinin açılış mərasimi keçirilib.

Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin ölkəmizdəki səfiri Peter Mixalko, Litvanın sosial təminat və əmək nazirinin müavini Martinas Sürkus və həmin ölkənin Azərbaycandakı səfiri Egidijus Navikas, digər rəsmi şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının pensiya təminatı sistemini də əhatə etdiyini vurğulayıb. O, son beş ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketinin icra olunduğunu, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar edildiyini qeyd edib. Son beş ildə sosial ödənişlərdəki artımları, o cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunduğunu diqqətə çatdırıb.

Nazir pensiya sistemində humanist yanaşmaların tətbiqi, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. O, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib.

Azərbaycan və Aİ arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıran nazir birgə həyata keçirilən layihələrin sosial müdafiə, tibb-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində islahatların aparılması üzrə nazirliyin potensial imkanlarının artırılmasına xidmət etdiyini deyib.

“Azərbaycanda pensiya islahatlarına dəstək” tvininq layihəsinin aparılan islahatlarda önəmli dəstək olduğunu vurğulayan S.Babayev layihənin ikinci fazasının da ölkəmizdə pensiya sisteminin Avropanın qabaqcıl təcrübələri əsasında təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Peter Mixalko, Egidijus Navikas, Martinas Sürkus və başqaları çıxış edərək Aİ tərəfindən maliyyələşdirilən və iki il davam edəcək “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvininq layihəsinin əhəmiyyətindən bəhs ediblər. Layihənin pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağı vurğulanıb.

Bildirilib ki, “Azərbaycanda pensiya islahatlarına dəstək” tvininq layihəsi ümumilikdə ölkəmizdə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur.

Layihənin Litvanın Sosial Təminat və Əmək Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcəyi qeyd olunub.

Tədbirdə layihənin müvafiq komponentləri üzrə məlumatlar verilib, təqdimatlar edilib.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?