22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Mingəçevir Tekstil" MMC fəaliyyətini genişləndirməyi planlaşdırır

İplik istehsalı ilə məşğul olan "Mingəçevir Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu il ərzində mövcud istehsal fəaliyyətini 15-20 faiz genişləndirməyi planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Mingəçevir Tekstil" MMC-nin direktoru Əli Əsədov deyib.

Onun sözlərinə görə, istehsalın genişləndirilməsi üçün təqribən 11 milyon manat investisiya yatırılıb. Bu məqsədlə tələb olunan avadanlıqların bir hissəsi artıq Almaniyadan ölkəyə gətirilib. Qalan avadanlıqların isə mayda gətirilməsi gözlənilir. Yaxın vaxtlarda fabrikdə yeni avadanlıqların quraşdırılmasına başlanacaq. İstehsalın genişləndirilməsi nəticəsində 10-15 yeni iş yeri açılacaq.

Ə.Əsədov əlavə edib ki, istehsal etdikləri ipliklərin 95 faizi xaricə - əsasən, Türkiyə və Rusiyaya ixrac edilir.

Qeyd edək ki, "Mingəçevir Tekstil" MMC Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?