4 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"EnterpriseAzerbaijan.com" Böyük Britaniyanın startap həftəsində...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Newcastle Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə icra olunan "Creative Spark" layihəsinin iştirakçıları Böyük Britaniyada startap həftəsində iştirak edirlər. Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlərinin də iştirak etdiyi səfər müddətində EnterpriseAzerbaijan portalının təqdimatı keçiriləcək.

"Creative Spark" layihəsinin meneceri Oruc Dursunzadə bildirir ki, səfər müddətində Azərbaycandan olan və 6 nəfərdən ibarət nümayəndə heyəti ilə Böyük Britaniyanın "Newcastle" Universitetinin professoru Metyu Qorton işləyəcək. Belə ki, Azərbaycandan olan nümayəndələr Newcastle universitetinin əməkdaşları, tələbə və məzunları ilə birbaşa təcrübə mübabiləsi keçirəcəklər. Nümayəndə heyətimiz həmçinin sahibkarlar üçün biznes planların yazılmasına dair startap qrupların işçi toplantılarında iştirak edəcəklər. Newcastle Universitetinin rəsmi internet səhifəsində "Azərbaycandan olan biznes təlimçiləri Newcastle Universitetinin Biznes məktəbində" (Newcastle University Business School welcomes enterprise educators from Azerbaijan) sərlövhəli məlumat yerləşdirilib.

Newcastle Universitetinin biznes məktəbinin professoru Şeron Mavin deyib ki, əhəmiyyətli startap həftəsində Azərbaycandan olan nümayəndələrin də iştirakı tədbirin daha maraqlı olmasına səbəb olub. "EnterpriseAzerbaijan.com" portalının nümayəndəsi Oruc Dursunzadə bildirib ki, Azərbaycan startapları "Creative Spark" layihəsi çərçivəsində Böyük Britaniya təcrübəsini öyrənmək, dünya miqyasında maliyyə cəlb etmək və tanınmaq imkanlarına malik olacaqlar.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə "Yaradıcı Qığılcım (Creative Spark)" layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir. Layihə çərçivəsində mütəmadi olaraq həm sahibkarlara, həm də layihə iştirakçılarına təlimlər keçirilib.

VergiUçotda olmayan malların satışı hansı risklər yaradır? VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub