19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə əmlak vergisinin ödənilməsi

Vergi Məcəlləsinin 199.12-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya vergi ödəyicisinin razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir. İqtisadçı ekspert Əbdülhüseyn Abdullayev qeyd edib ki, bu güzəşt hüququ vergi ödəyicilərinə aşağıdakı 2 şərt nəzərə alınmaqla şamil edilir:

  • hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
  • ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın.

Misal: Tutaq ki, müəssisə tərəfindən 2019-cu ildə özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə 2020-ci ildə 5.000 manat əmlak vergisi hesablanmış və ödənilmişdir. Vergi ödəyicisinin digər vergilər üzrə hesablanmış və ödəmiş olduğu verginin məbləği isə 10.000 manat təşkil etmişdir və müraciət etdiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergi, faiz və maliyyə sanksiyaları üzrə borcu olmamışdır. Bu halda, Vergi Məcəlləsində qeyd edilmiş şərtlərə əməl olunduğunu nəzərə alaraq ödənilmiş 5.000 manat əmlak vergisi vergi ödəyicisinə qaytarılır və ya vergi ödəyicisinin razılığı ilə digər vergilərlə əvəzləşdirilir.

Onu da qeyd edək ki, vergi ödəyicisi bu güzəşt hüququndan, özəlləşdirmənin başa çatdığı hesabat ili də daxil olmaqla, güzəştin qüvvədə olduğu müddət ərzində istənilən hesabat ilində istifadə edə bilər. Güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?