21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Strateji Yol Xəritələrinin hədəfləri dəyişir

2020-ci ildən sonra iqtisadi inkişafla bağlı yeni strategiyada daha konkret layihələrin icrasına xüsusi önəm veriləcək. 

İqtisadçı ekspert Vüqar Bayramov Strateji Yol Xəritələrinin icrası ilə bağlı görülən işləri şərh edərkən bildirib ki, yeni hazırlanan iqtisadi inkişaf strategiyasının əsas hədəfi regionların sənaye potensialını gücləndirmək, işsizlik səviyyəsini azalda biləcək layihələrə daha çox üstünlük verməkdir: "Strateji Yol Xəritələri üç mərhələdən ibarətdir. Gələn il birinci mərhələ başa çatacaq və növbəti mərhələdə bu strategiyanın yeni inkişaf modelinə uyğunlaşdırılaraq reallaşdırılması nəzərdə tutulub".

Vüqar Bayramovun sözlərinə görə, yeni strategiyada iqtisadi inkişafla bağlı fərqli yanaşmaların tətbiqi nəzərdə tutulsa da, bu, Strateji Yol Xəritələrindən imtina anlamına gəlmir. Onun fikrincə, neft-qaz resurslarından asılı ölkələrdə iqtisadi və siyasi proseslərin sürətlə bir-birini əvəz etdiyi hazırkı şəraitdə müasir çağırışlar daimi olaraq Yol Xəritələrinə baxışı dəyişə bilər: "Strateji Yol Xəritəsi Azərbaycanın iqtisadi inkişaf istiqamətlərini müəyyən edən bütöv bir platformadır. Hansı sahələrin necə, hansı regionlarda və hansı resurslar hesabına inkişafını özündə ehtiva edir. Xarici təcrübədə də iqtisadiyyatı inkişaf etdirmək üçün bu cür strateji planlaşmalardan istifadə edilir. Azərbaycanda 2020-ci ildən yeni strategiyaya uyğun olaraq fəaliyyətlərin daha konkret və sürətli layihələr formasında icrası nəzərdə tutulur".

Elxan SALAHOV

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?