14 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-sağlam qida gələcək nəsillərin sağlam yetişməsi üçün böyük təhlükədir

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Millət vəkili Eldəniz Səlimov Dövlət Proqramının qəbul edilməsinin zəruriliyindən danışaraq deyib: "Dövlətin suverenliyinin, müstəqilliyinin təmin edilməsi şərtləri sırasında ərzaq və qida təhlükəsizliyi məsələsi də öndə dayanır. Sərəncamda daha bir Dövlət Proqramının təsdiqlənməsi ilə ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması önə çəkilir".

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycanda son illər qida təhlükəsizliyinin təmin edilməsi sahəsində bir çox işlər görülsə də, əldə olunan nəticələr qənaətbəxş deyildi və bu sahədəki fəaliyyətdə müəyyən pərakəndəlik mövcud idi: "Qida təhlükəsizliyi məsələlərinin bir mərkəzdən idarə olunmasının vacibliyini nəzərə alaraq dövlət başçısı ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə 2017-ci il 10 fevral tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair Fərman imzaladı. Agentlik ötən müddət ərzində bu sahədə müəyyən nizam-intizamın yaranmasına çalışıb. Bununla belə, qida təhlükəsizliyi üzrə işlər daha da təkmilləşdirilməlidir. Ölkə başçısının bu ilin aprel ayının 29-da imzaladığı sərəncamla təsdiqlənmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı"nda deyildiyi kimi: "Dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri dünyasını dəyişir ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır".

"Elə bu səbəbdən də Qida Təhlükəsizliyi Agentliyi və onun rəhbərliyi məsələnin əhəmiyyətini lazımınca dəyərləndirməyə və Prezidentin təsdiq etdiyi yeni proqram çərçivəsində öz fəaliyyətlərini maksimum səmərəli qurmağa borcludurlar". - deyə F.Yusifov bildirib

Fəxriyyə İKRAMQIZI

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?