12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşləməyən pensiyaçılar, uşaqlar və əlillər dövlət tərəfindən sığortalanacaq

Gələn il yanvarın 1-dən ölkəmizdə hər kəsə icbari tibbi sığorta xidməti göstəriləcək. Bu barədə Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Bildirilib ki, hazırda icbari tibbi sığorta ilə bağlı geniş işlər aparılır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır: "Yəni, genişmiqyaslı işlər aparılır ki, 2020-ci ilin yanvarın 1-də ölkəmizdə icbari tibbi sığorta xidməti göstərilsin. Əlbəttə ki, icbari tibbi sığorta sisteminə keçməkdə məqsəd vətəndaşlarımıza göstərilən tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsidir. Bununla əlaqədar olaraq vətəndaşlara müxtəlif kateqoriyalar üzrə xidmət göstərilməsinin maliyyələşməsi formaları fərqli olacaq. Təbii ki, işləməyən pensiyaçılar, uşaqlar və əlillər dövlət tərəfindən sığortalanacaq".

Baş nazirin müavini qeyd edib ki, digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaq: "Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əməkhaqqından, işə götürənin isə qazancından müəyyən faizlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək ki, bu ödəniş də o qədər yüksək deyil".

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?