10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda kompozit lövhə istehsalına başlanılacaq

Balaxanı Sənaye Parkının rezidenti “Alphavood" MMC Azərbaycanda ilk dəfə olaraq kompozit lövhə istehsalına başlayacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Alphavood" MMC-nin Baş direktoru Tural Orucov deyib.

T.Orucov bildirib ki, lövhələrin eni 125-130 sm, uzunluğu isə sifarişə uyğun olacaq. Nəmdən qoruyucu kompozit lövhələr, əsasən, mebel sektorunda material, açıq şəraitdə reklam lövhələri, arakəsmələr və s. kimi istifadə edilə bilər. Sifariş olduğu təqdirdə şirkət bu məhsullarını xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur. Artıq Polşa "Alphavood"un kompozit lövhələri və qapıları ilə maraqlanır.

Kompozit lövhələrin istehsalı üçün tələb olunan avadanlıqlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə ayrılan 190 min manat məbləğində kredit hesabına alınaraq quraşdırılıb. Ümümilikdə isə "Alphavood" istehsalın genişləndirilməsi məqsədilə SİF-dən iki dəfə olmaqla, ümumi məbləği 490 min manat məbləğində kredit alıb.

2018-ci ildən rezidentlik status əldə edən "Alphavood" MMC 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunub.

İqtisadiyyat Nazirliyinin "Alphavood"un fəaliyyətinə hər zaman dəstək göstərdiyini deyən T.Orucov rezident kimi onlara verilən güzəştləri və SİF-dən aldığı kreditləri dövlətin ən böyük dəstəyi kimi qiymətləndirir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?