12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarla görüşlər keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sorğular, sahəvi görüşlər və daxil olan müraciətlərin təhlili əsasında sahibkarların ehtiyaclarını və təkliflərini öyrənir. Agentliyin təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə Abşeron, Qax, Ağdam və İsmayıllıda sahibkarlarla görüşlər keçirilib.

Abşeron rayonunda ictimai-iaşə və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilmiş görüşdə onların qarşılaşdıqları çətinliklər və həlli yolları, maliyyə resurslarına çıxış, yeni biznesin qurulmasına dəstək və digər məsələlər müzakirə olunub.

İsmayıllı rayonunun Qalınçaq kəndində əkinçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi məqsədilə keçirilmiş görüşdə fermerlərə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə yeniliklər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qax şəhərində isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. 30-dan çox sahibkarın iştirak etdiyi görüşdə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində biznes subyektlərinin çətinlikləri və ehtiyacları dinlənilib, onlar müvafiq sahədə qanunvericilik və dəstək mexanizmləri barədə məlumatlandırılıb.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın sahibkarın çətinliklərinin öyrənilməsi məqsədilə Ağdam rayonunda təşkil olunmuş görüşdə 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib. Aidiyyəti qurumların, o cümlədən İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin iştirakı ilə keçirilmiş görüşdə qadın sahibkarların inkişafı üçün müvafiq təlimlərə cəlb olunması, biznes subyektlərinin heyvandarlıq təsərrüfatının genişləndirilməsi üçün güzəştli kreditlərdən yararlanması, subsidiyaların alınması, aqrar sığorta və sahibkarların digər ehtiyaclarına dair müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?