13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: “Türkmənistan Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır”

Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşündə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov görüşü üç ölkə arasında münasibətlərin dərinləşməsinə təkan kimi qiymətləndirib: “Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda, Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu kontekstdə sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır. Azərbaycanla Türkmənistan arasında anlaşma var. Həmin anlaşmaya əsasən, Türkmənistan “mavi yanacağı” İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik 2 milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur”.

V.Bayramovun fikrincə, Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkələrinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir: “Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yükdaşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir. 1,2 trilyon dollar nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan türk dünyası birləşir və güclənir. 21-ci əsr türk əsridir”.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?