15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-formal məşğulluqla mübarizə davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 128 monitorinq həyata keçirilib. Monitorinqlər zamanı 4.817 nəfər yoxlanılıb və onlardan 1.115 nəfərinin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar olunub. Yoxlanılmış işçilər 268 hüquqi və fiziki şəxsi təmsil edir.

Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 79-u üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib, 3 işəgötürən üzrə əməldə isə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1,25 milyon manat məbləğində cərimə və sanksiya tətbiq olunub.

Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində reallaşdırılan yoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviq edilməsinə yönəlik müxtəlif təbliğat və maarifləndirmə tədbirləri də həyata keçirilir. Son 2 il ərzində Mərkəz Bakı şəhərində yerləşən 250-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirib. Görüşlər zamanı qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həll yolları təklif olunub və metodiki tövsiyələr verilib.

Həyata keçirilmiş yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 40 faizi rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 10 faizə qədər azalıb. Keçirilmiş 128 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 51.000 əmək müqaviləsi imzalanıb.

Ötən 2 il ərzində Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan podratçı şirkətlərin malik olduğu əmək müqaviləsi sayında təxminən 2 dəfəyə yaxın artım müşahidə edilib. Belə ki, Mərkəzin yaradıldığı dövrdə bir podratçı şirkət orta hesabla 36 əmək müqaviləsinə malik idisə, hazırda bu göstərici 71 əmək müqaviləsidir.

Qeyd edək ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?