9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Evlərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi davam edir

Evlərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi davam edir

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi davam edir

Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.

Fərmanın icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 25-də Şamaxı rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib. Belə ki, təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib. Şamaxıda keçirilən səyyar qeydiyyat xidməti çoxmənzilli yaşayış binasında olan mənzilləri və fərdi yaşayış evlərini əhatə edib. Qeyd edək ki, Şamaxı rayonunda adıçəkilən Fərmanın əhatə etdiyi 174 ev siyahıya alınıb.

Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Əmlak Məsələləri Dövlət Xidməti adıçəkilən Fərmanın icrası çərçivəsində yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan siyahıya uyğun olaraq (Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən, Beyləqan, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Qax, Qəbələ, Zərdab) səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?