14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin 10 ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 94,6 milyon manat ödənilib

Hərraclar dövlət əmlakının özəlləşdirilməsinin əlverişli üsullarındandır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 53 hərrac keçirilib. Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 473 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 10 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 352 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 94 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 73,3 milyon manat təşkil edib.

Cari ilin 10 ayı ərzində ümumilikdə 3.340 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 705-i qeyri-yaşayış sahələri üzrə, 2 635-i isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 10 ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin 10 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 21,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 94,6 milyon manat ödənilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?