16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Gürcüstanın beş ən böyük ticarət tərəfdaşından biridir

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstanın beş ən böyük ticarət tərəfdaşı siyahısına daxil olub.

vergiler.az” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkənin Milli Statistika Xidmətinin dərc etdiyi ilkin məlumatlara əsasən, hesabat dövründə Azərbaycanla ticarət dövriyyəsi 1,1 milyard ABŞ dolları təşkil edib.

Gürcüstanın ən böyük ticarət tərəfdaşları siyahısına 2,3 milyard dollarla Türkiyə başçılıq edir. Daha sonra isə Rusiya (1,9 milyard dollar), Çin (1,5 milyard dollar), Azərbaycan (1,1 milyard dollar) və ABŞ (984 milyon dollar) gəlir.

Cari ilin ilk 10 ayında Çin 607,5 milyon dollarla ixracat baxımından Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Bu beşliyə Azərbaycan (541,7 milyon dollar), Rusiya (530,3 milyon dollar), Ermənistan (421,5 milyon dollar) və Türkiyə (379,2 milyon dollar) də daxildir.

İdxal baxımından Gürcüstanın ən böyük ticarət tərəfdaşları bunlardır: Türkiyə (1,9 milyard dollar), Rusiya (1,4 milyard dollar), Çin (920,9 milyon dollar), ABŞ (725,3 milyon dollar) və Azərbaycan (515,7 milyon dollar).

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?