18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məşhur Məmmədov: “Qarabağda insanlarımızın normal yaşaması üçün bütün şəraitlər olacaq”

“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hədəfi məcburi köçkün bacı-qardaşlarımıza doğma torpaqlarında hər cür şərait, firavan həyat yaratmaqdır”. Bu fikri millət vəkili Məşhur Məmmədov səsləndirib.

O, “vergiler.az”a açıqlamasında bildirib ki, Dövlət Proqramı Azərbaycanın hərbi və iqtisadi gücündən və siyasi iradəsindən xəbər verir: “Bu, onu göstərir ki, bizim hərbi gücümüz var - torpağımızı azad etdik. Siyasi iradəmiz var - azad edilən şəhər və kəndləri yenidən qururuq. İqtisadi gücümüz var - bütün işləri öz hesabımıza görürük. Bununla bərabər, Prezident İlham Əliyev bu Proqramı təsdiq etməklə dövlətimizin hədəflərini ortaya qoydu. Əsas hədəf budur ki, biz bu torpaqları sadəcə torpaq şəklində azad etməmişik. Burada Azərbaycan dövləti və vətəndaşları üçün, insanlarımızın normal yaşaması üçün bütün şəraitlər olacaq”.

M.Məmmədov Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına dəstək verəcək bir sıra qanunvericilik aktlarının qəbul edildiyini bildirib: “Bu Proqramın həyata keçirilməsi üçün ən vacib olan məsələlərin həlli, eləcə də dövlət investisiyaları ilə yanaşı, özəl və xarici investisiyaların cəlb olunması üçün böyük həcmdə qanunlar paketi qəbul olunub. Bu günlərdə “Büdcə sistemi haqqında” qanunlar paketi də birinci oxunuşda qəbul edildi. Sənəddə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlər barədə xüsusi müddəalar var. Orada çalışacaq şirkətlərin və işçilərin vergi yükünün azaldılması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər paketi parlamentdə müzakirə olunur. Qanun layihəsi oradakı işçilərin sosial təminatını yaxşılaşdırmaq məqsədilə əməkhaqqına güzəştlər nəzərdə tutur. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə işləyən şirkətlərin bir sıra vergilərdən və gömrük rüsumlarından azad edilməsi ilə bağlı 30-dan çox qanunun qəbulu gözlənilir. Bunlar Dövlət Proqramının həyata keçirilməsi üçün ən vacib şərtlərdir”.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?