Azərbaycanın ticarət dövriyyəsində ilk 15 əsas ölkə açıqlanıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ilk 15 əsas ölkə ilə ticarət dövriyyəsinin həcmləri açıqlanıb.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ticarət dövriyyəsinin həcminə görə ilk ölkə İtaliydır. Bu dövlətlə ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 2,5 dəfəyədək artaraq 17 354 039.78 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan İtaliyaya 17 095 245.40 min dollar həcmində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni göstəricisini 2,5 dəfədən çox üstələyir. İtaliyadan Azərbaycana isə 258 794.38 min dollar dəyərində məhsul idxal edilib ki, bu da illik ifadədə 26,3 faiz azdır.
Cari ilin ilk 10 ayında Azərbaycanın ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,6 faiz artaraq 5 057 994.81 min dollar təşkil edib. Azərbaycandan bu ölkəyə 3 224 050.32 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-oktyabr aylarının göstəricindən 60,4 faiz çoxdur. Hesabat dövründə 1 833 944.49 min dollar dəyərində idxal əməliyyatları aparılıb ki, bu da ötən ilin müvafiq göstəricisini 23,2 faiz üstələyir.
Ticarət dövriyyəsində üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 22,3 faiz azalaraq 2 867 784.82 min dollar təşkil edib. Dövr ərzində Azərbaycandan Rusiyaya 719 091.62 min dollar (3,2 faiz çox), Rusiyadan Azərbaycana isə 2 148 693.21 min dollar (artım 30,3 faiz) dəyərində idxal əməliyyatları həyata keçirilib.
Ticarət dövriyyəsində əsas 15 ölkə üzrə göstəricilər:
# |
Ölkələrin adı |
Ticarət dövriyyəsi, min ABŞ dolları |
1 |
İtaliya |
17 354 039.78 |
2 |
Türkiyə |
5 057 994.81 |
3 |
Rusiya |
2 867 784.82 |
4 |
Hindistan |
1 767 207.22 |
5 |
Çin |
1 745 859.45 |
6 |
İsrail |
1 538 566.49 |
7 |
Yunanıstan |
1 373 056.20 |
8 |
Böyük Britaniya |
980 313.36 |
9 |
Xorvatiya |
963 667.52 |
10 |
Almaniya |
916 935.63 |
11 |
İspaniya |
904 017.28 |
12 |
Çexiya |
707 586.31 |
13 |
Portuqaliya |
652 488.81 |
14 |
Gürcüstan |
638 695.66 |
15 |
Ukrayna |
549 711.78 |