14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin yolları

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi" proqramı çərçivəsində "Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masanın açılışını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və GİZ-in proqram rəhbəri Thomas Meyer edib.

Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi və sistemli islahatlar aparılır: "Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılan tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasının da ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsi imkanı nəzərdə tutulub. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən torpaq ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönələn tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər"

GİZ-in proqram rəhbəri Thomas Meyer isə təminat qeydinin zərurəti barədə Almaniya təcrübəsi barədə iştirakçılara ətraflı məlumatlar təqdim edib. Onun sözlərinə görə Almaniyada təminat qeydinə oxşar "ilkin qeyd" adlı institut daşınmaz əmlak bazarında təhlükəsiz hüquqi dövriyyənin təmin edilməsi vasitəsi kimi geniş yayılmışdır və vaxtilə bu sahədə olan müəyyən neqativ halların qarşısının alınmasının bir üsulu kimi özünü doğruldub. Bu baxımdan, həmin təcrübədən Azərbaycan Respublikasında həm qanunvericilik, həm də işgüzar dövriyyədə müvəffəqiyyətlə istifadə edilə bilər.

Müzakirə zamanı təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri mövzuları diqqət mərkəzində olub.

Dəyirmi masanın "Təminat qeydinin zərurəti: Almaniya təcrübəsi və Azərbaycan perspektivləri" adlı sessiyasında GİZ- in beynəlxalq ekspertləri Dr. Rolf Knieper , Dr. David Köniq, AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət şəhərsalma kadastrı şöbəsinin müdiri Rəşad İsmayılov, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin hüquq şöbəsinin baş məsləhətçisi Elbəy Bababəyov çıxışlar ediblər. "Təminat qeydi işgüzar və hüquqi dövriyyədə: Almaniya təcrübəsi və Azərbaycan perspektivləri" adlı sessiyada isə Ədliyyə nazirliyinin Qanunvericilik Baş İdarəsinin iqtisadi normativ aktlar idarəsinin məsləhətçisi Aytən Hacıyeva, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquq şöbəsinin müdiri Oqtay Həsənov, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov mövzu ilə bağlı əsas məqamlara toxunublar.

Müzakirələrə beynəlxalq ekspertlər, dövlət qurumlarının rəsmiləri, yerli və qeyri-hökumət təşkilatlarının nümayəndələri də daxil olmaqla 60-a yaxın iştirakçı qatılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?