6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar istehsalın artımı proqnozlaşdırılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmanın təmin olunması və mövcud resursların kənd təsərrüfatı məhsullarının istehsalına tam cəlb edilməsi ölkədə aqrar istehsalın 8 faizdən çox artmasına imkan yarada bilər.

Bu barədə "vergiler.az"a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, aparılan hesablamalara əsasən, bu ərazilərin resursları hesabına ölkədə taxıl istehsalı ildə 400 min ton, ət istehsalı 45 min ton, süd istehsalı isə 240 min ton artırıla bilər.

“Ərazilərin iqlim və relyef xüsusiyyətləri heyvandarlıq və taxılçılıq kimi ənənəvi sahələrlə yanaşı, meyvə-tərəvəz istehsalının inkişafı baxımından da böyük imkanlar yaradır”, - deyə F.Fikrətzadə qeyd edib.
O, əlavə edib ki, regionda intensiv meyvə bağlarının salınması geniş hal ala bilər, çünki aparılan təhlillər göstərir ki, regionun təbii-iqlim xüsusiyyətləri gilas, ərik, şaftalı kimi ixrac əhəmiyyətli çəyirdəkli meyvələrin, xüsusilə də nar, fındıq və xurma kimi ölkənin dünya bazarında mühüm paya malik olduğu meyvələrin yetişdirilməsi üçün çox uyğundur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?