7 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mühərrik yağlarının idxalçıları ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkəyə mühərrik yağlarının idxalını həyata keçirən sahibkarlarla görüş keçirib.

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi ilə birgə keçirilən tədbirdə idxalçılar markalanma, xüsusilə də mənşə ölkəsinə dair məlumatların göstərilməsi və digər məsələlərlə bağlı maarifləndirilib.

Qeyd edilib ki, son zamanlar idxal edilən bəzi malların, xüsusilə mühərrik yağlarının təsnifatı və mənşəyinə dair təqdim olunan sənədlərdə olan göstəricilərlə qablaşdırmalarda əks olunan məlumatlar arasında uyğunsuzluq halları müşahidə edilir. Haqsız rəqabət və istehlakçı hüquqlarının pozulmasına səbəb olan belə faktların aradan qaldırılması və bu sahədə nəzarət tədbirlərinin gücləndiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə idxal edilən malların üzərindəki etiket və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində də olmasının vacibliyi vurğulanıb.

VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?