5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması layihəsi”nə dair tədbir keçirilib.

Dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlıdır. Vurğulanıb ki, hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarlığının çəkisinin artması müşahidə edilir, qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. Statistikaya əsasən fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Qadın sahibkarların daha çox fəaliyyət göstərdiyi sahələrdən biri də aqrar sektordur və bu baxımdan qadınlar kənd təsərrüfatının inkişafında mühüm rola malikdirlər. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla KOBİA qadın sahibkarlığının müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması üçün müvafiq tədbirlər həyata keçirir. AKİA və FAO-nun birgə layihələrində Agentliyin KOB dostları da yaxından iştirak edirlər. Bununla yanaşı, KOBİA öz resursları, eyni zamanda özəl sektorun, biznes assosiasiyalarının və beynəlxalq təşkilatların iştirakı ilə qadın sahibkarlara yönələn xüsusi layihə və proqramlar icra edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?