12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlətə məxsus payların satışı üzrə investisiya müsabiqəsinin qalibi müəyyənləşib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələrin özəlləşdirilməsi və özəl investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görülür. Bu baxımdan ölkənin müxtəlif regionlarında yerləşən fəaliyyətini dayandırmış müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə xüsusi diqqət yetirilir. Xidmət tərəfindən həyata keçirilən investisiya müsabiqəsi nəticəsində daha bir müəssisə fəaliyyətini bərpa edəcək.

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti 15 avqust 2022-ci il tarixində “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payların satışı üzrə investisiya müsabiqəsi elan edilib.

Müsabiqə Komissiyasında iddiaçıların təkliflərinə baxılaraq açıq səsvermə yolu ilə “Gəncə İlməçi” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 7,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, ümumi həcmi 22 milyon manat olan iki illik İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının tənzimlənməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə yeni istehsal və xidmət sahələri (korpuslar, sexlər, anbarlar və s.) istifadəyə veriləcək, müəssisəyə müasir xalçaçılıq avadanlıqları, habelə müxtəlif digər texnoloji qurğular, maşın-mexanizmlər, cihazlar, nəqliyyat vasitələri alınacaq, məhsulların nümayişi və satışının təşkili üçün sərgi-satış salonu yaradılacaqdır. Müəssisənin infrastruktur təminatı tam yenilənəcək, xammal, material, komplektləşdiricilər alınacaq, ərazidə abadlıq işləri görüləcək, işçilərin şəraitinin yaxşılaşdırılması üçün yeni yeməkxana binası istifadəyə veriləcəkdir.

İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və s.) istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaqdır. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?