2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiyanın iqtisadi inkişaf naziri Ələt Azad İqtisadi Zonasında və Bakı Gəmiqayırma Zavodunda olub

Ölkəmizdə səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasında və Bakı Gəmiqayırma Zavodunda olublar.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov zavodun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 2011-ci ildə təsis edilən zavodda gəmilərin tikintisi və təmiri həyata keçirilir. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan müəssisədə indiyədək 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmiri və modernləşdirilməsi layihəsi icra olunub.

Ələt Azad İqtisadi Zonasında olan rəsmilərə İqtisadi Zonanın imkanları barədə məlumat verilib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov burada inşa edilən logistika mərkəzləri və digər görülən işlər barədə danışıb, yaradılan infrastrukturun investorlar üçün cəlbedici olacağını, İqtisadi Zonanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin potensialının genişlənməsində xüsusi rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, əlverişli coğrafi mövqedə yerləşən İqtisadi Zona qeyri-neft iqtisadiyyatının inkişafına, ixracyönümlü istehsalın və ixracın təşviqinə yeni imkanlar yaradacaq.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ