25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Orta Dəhlizlə bağlı tədbirlər planı hazırlanıb

Orta Dəhlizlə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın dəmir yolu administrasiyaları, gəmiçilik şirkətləri və limanlarının rəhbərləri “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TİTR) Tbilisidə keçirilən iclasında iştirak ediblər.

“vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, iclas iştirakçıları marşrut üzrə nəqliyyatın ümumi müsbət dinamikasını və onun Avropa, Mərkəzi Asiya və Çin arasında tranzit axınının təmin edilməsində artan rolunu qeyd edərək, Assosiasiyanın işi haqqında hesabatı dinləyiblər.

Bildirilib ki, Assosiasiya üzvlərinin birgə səyləri nəticəsində 2022-ci ilin 9 ayı ərzində TİTR marşrutu üzrə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 1 milyon 84 min ton təşkil edib.

Artımın böyük bir hissəsi ixracın payına düşüb.

İştirakçılar Orta Dəhliz boyunca konteyner daşımalarının daha da artımını təmin etmək və marşrutda əlverişli şərait yaratmaq üçün tədbirlər planı hazırlayıblar.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması