19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi fəal əhali­nin sayı artıb

Bu ilin oktyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5351,3 min nəfər olub, onlardan 5049,2 min nəfərini məşğul əhali təşkil edib.

vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 1,4% artıb.

Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1714,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 894,5 min nəfər, qeyri-dövlət sektorunda isə 820,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1683,0 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 7,4 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?